Azərbaycanda daha bir klub dağılmaq təhlükəsiylə üz-üzədi.
Sportal.az xəbər verir ki, Region Liqasında mübarizə aparan “Füzuli” çətin vəziyyətə düşüb. Maliyyə problemləri yaşayan və yeni mövsümdə iştirakı sual altına düşən əyalət təmsilçisi iş adamlarına müraciət edərək kömək istəyib:
“Füzulimizin hörmətli iş adamları, imkanlı şəxsləri! "Füzuli" FK maddi sıxıntılar yaşayır. Komandamızın bu mövsüm Region Liqasında iştirakı sual altındadır. Biz klub olaraq futbolçularımızla danışdıq, hamı bir nəfər kimi təmənnasız oynayacaq.
Amma biz də belə etməyək, çoxunun çörəyi futboldan çıxır. Komandamızda 20 futbolçu var, imkanı olan füzulilərimizin hərəsi bir futbolçunun hər oyun 50 manatlıq xərcini öz üzərinə götürsün. İnanırıq ki, Füzulidən 20 nəfər imkanlı şəxs çıxacaq və komandamız fəaliyyətini davam etdirəcək”.