Komanda yoldaşının saatını oğurlayan futbolçu: "Qısqanclığa görə etdim"

15:15 - 2 Oktyabr 2019

"Nitsa"nın hücumçusu Lamine Diabi komanda yoldaşı Kasper Dolberqin 70 min avroluq saatını oğurladığı üçün klubdan qovulub.

 

Sportal.az xəbər verir ki, quldurluq etdiyini boynuna alan 18 yaşlı futbolçu "Twitter" hesabında açıqlama verib:

 

"Ötən mövsüm uşaqlıq klubumun heyətində Liqa 1-də oyunlara qürurla çıxdım. Təəssüf ki, zədə aldım və sentyabrda məşqlərə geri döndüm. U-19 komandası ilə oyun zamanı aldığım qırmızı vərəqə ilə geri düşdüm. Bu, zehni olaraq məni təsir etdi.

 

Pis günlərim Kasper Dolberqin uğuru və yaxşı aurası ilə kəsişirdi. Buna paxıllıq edirdim. Düzdür, komanda yoldaşımdır. Səbəbsiz yerə, bəlkə də, qısqanclığa görə saatını oğurladım. Onunla rəqabət aparmaq əvəzinə, qorxaq hərəkət etdim.

 

Bunu acgözlüyə görə etməmişəm. Məyusam... Hərəkətimlə etibarsızlığımı göstərdim. Hələ 18 yaşım var, ancaq bu, hərəkətimdən ötrü üzr istəmir. Mən Kasper Dolberq, klubun direktoru Monsye Furnye və baş məşqçi Patrik Vieyradan üzr istədim. Bütün komanda yoldaşlarımdan da üzr istədim və kompensasiyanı ödəyəcəyimə söz verdim.

 

Bütün futbol azarkeşlərindən üzr istəyirəm. Bir çox insan mənə dəstək oldu. 14 yaşımdan komanda ilə çalışıram. Etirazlar edənlər isə etimadını yerə vurduğum insanlardır. Həmişə uğurlar qazanmaq arzusu olduğum klubdan ayrıldım. Mənim üçün ən ağır cəza oldu. Bəlkə də, bir gün yenidən görüşəcəyik. Ancaq indi yaddaşlarda pis xatirə qaldı. Mənə inanan hər kəsə təşəkkür edirəm. Onlara bir gün daha yaxşı insan olduğumu isbatlamağa çalışacam. İndi özümü futbola kökləmək istəyirəm".

 

Gənc oyunçu Dolberqin saatını sentyabrın 19-u məşq zamanı paltardəyişmə otağından oğurlanmışdı.

 

Diabi Fransanın U-16, U-17 və U-18 millilərinin üzvü olub. Fransalı futbolçu son 10 ildə "Nitsa" akademiyasından çıxan ən potensiallı oyunçulardan hesab edilirdi.

Xəbər xətti