Premyer Liqanın 6-cı turunda "Neftçi" ilə oyunda dizindən ciddi zədə alan "Qəbələ"nin futbolçusu Rasim Ramaldanov əməliyyat ediləcək.
Sportal.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Elmar Baxşıyev məlumat verib:
"Rasim Ramaldanov əməliyyat olunmaq üçün ölkə xaricinə gedib. Bundan sonra 4-5 ay futboldan kənarda qalacaq. Onun əzələ bağları qırılıb. Çalışırıq ki, kollektivi formalaşdıraq. Onu layiqində əvəz edə biləcək futbolçularımız var".
saytlarin hazirlanmasi