23 yaşlı Olimpiya çempionu falçının qurbanı oldu - FOTOLAR

17:58 - 7 Oktyabr 2019

Fiqurlu konkisürmə üzrə 2014-cü ildə Olimpiya çempionu olan rusiyalı Adelina Sotnikova özünü falçı kimi təqdim edən şəxsin tələsinə düşüb.

 

Sportal.az "Ren TV"yə istinadən xəbər verir ki, 23 yaşlı idmançı "Instagram"da falçı ilə tanış olub. Sotnikovaya özünü Olqa kimi təqdim edən falçı ilə görüşmək istəsək də, rədd cavabı alıb. Olqa ancaq onlayn xidmət göstərdiyini bildirib.

 

Olimpiya çempionu Olqanın bank hesabına 2 milyon rubl (52 min 600 manat) ödəmə həyata keçirib. Bundan sonra falçı hesabını bağlayıb və idmançı ilə əlaqəni kəsib.

 

Sotnikova polisə müraciət edib. Hazırda araşdırmalar davam edir.

 

Gənc idmançı 2016-cı ildən yarışlara qatılmır. Buna baxmayaraq, o, karyerasını başa vurduğunu açıqlamayıb.

 

Xəbər xətti