Azərbaycan U-21 millisinin Avropa çempionatının seçmə mərhələsində Fransaya qarşı oyununun hakimləri məlum olub.
Sportal.az xəbər verir ki, görüşü Portuqaliyadan olan ədalət təmsilçiləri idarə edəcək. Oyunun baş hakimi Antoniu Nobre olacaq. Ona Nunu Perreyra və Brunu Alveş Jezuş kömək edəcək. Dördüncü hakim funksiyasını Elder Maleyru yerinə yetirəcək.
Oktyabrın 10-da keçiriləcək Fransa – Azərbaycan oyunu saat 23:00-da start götürəcək.
saytlarin hazirlanmasi