Arılar oyun zamanı Dani Alveşə hücum etdi - VİDEO

18:34 - 7 Oktyabr 2019

Braziliya A Seriyasının 23-cü turunda keçirilmiş "San-Paulu" - "Fortaleza" oyununda (2:1) maraqlı hadisə yaşanıb.

 

Sportal.az xəbər verir ki, "San-Paulu"nun müdafiəçisi Dani Alveşə arılar hücum edib. 36 yaşlı futbolçu künc zərbəsini yerinə yetirməyə gedərkən bayrağın üzərinə yığışmış arıların bir qismi ona hücum edib. Arılar Alveşin boyun nahiyəsini sancıb.

 

Hakimin qərarı ilə künc bayrağı dəyişdirilib.

 

Xəbər xətti