"Qəbələ"nin futbolçusu Kiyevdə əməliyyat ediləcək

00:14 - 8 Oktyabr 2019

Premyer Liqanın VI turunda "Qəbələ"nin evdə "Neftçi"yə 0:3 hesabı ilə uduzduğu oyunda zədələnən Rasim Ramaldanov Ukrayna paytaxtı Kiyevdə diz nahiyəsindən əməliyyat olunacaq.

 

Sportal.az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, 33 yaşlı mərkəz müdafiəçisinin çarpaz bağları qopub.

 

Rasim 3-4 ay yaşıl meydanlardan kənar qalacaq.

Xəbər xətti