Millinin Bəhreynlə oyununda omanlı hakimlər

11:26 - 9 Oktyabr 2019

Azərbaycan millisinin Bəhreynlə keçiriləcək yoldaşlıq oyununun hakim təyinatları açıqlanıb.

 

Sportal.az xəbər verir ki, matçı omanlı hakimlər briqadası idarə edəcəklər. Görüşün baş hakimi Əhməd Əl-Kafa olacaq. Yan xətdə ona Əbu Bəkr Əl-Omari və Rəşid Əl-Qayti kömək edəcək. Bəhreynli İssa Abdulla isə dördüncü hakim kimi iş başında olacaq.

 

Ər-Rifa şəhərindəki Bəhreyn Milli Stadionunda keçiriləcək matç Bakı vaxtı ilə 20:30-da başlayacaq

Xəbər xətti