Rüfət Dadaşov 6 ildən sonra millidə qol vurdu

22:21 - 9 Oktyabr 2019

Azərbaycan milli komandasının futbolçusu Rüfət Dadaşov növbəti qolunu vurub.

 

Sportal.az xəbər verir ki, hücumçu Bəhreynlə yoldaşlıq oyununda hesabı bərabərləşdirib.

 

Bu, Almaniya futbolunun yetirməsi olan milliləşən legionerin yığmadakı 5-ci qolu olub. Rüfət bu topu 24-cü matçında vurub.

 

28 yaşlı futbolçu komandanın tarixinin bombardirləri siyahısında 8-14-cü yerlərə şərik olub. Forvard 5 qola malik 7-ci oyunçudur. O, bu göstəricidə Nazim Süleymanov, Rəşad Sadıqov, Vyaçeslav Lıçkin, Əfran İsmayılov, Fərrux İsmayılov və Vidadi Rzayevə çatıb.

 

Dadaşov fasilələrlə çağırıldığı yığmada son qolunu 6 il əvvəl – 2013-cü il oktyabrın 11-də vurub. O, 2189 gün əvvəl Şimali İrlandiya ilə DÇ-2014-ün Bakıdakı seçmə oyununda (2:0) fərqlənib (APA).

Xəbər xətti