Dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən İran - Kamboca oyununa qadına azarkeşlər də buraxılıb.
Sportal.az xəbər verir ki, Tehranın "Azadi" stadionunda keçirilən oyun üçün 3 min 500 bilet qadınlar üçün ayrılıb.
İranın daxili çempionat oyunlarında qadınların stadiona buraxılması qərarı təsdiqlənməyib.
İran hökuməti FIFA-nın tələbindən sonra millinin oyunlarına qadınları buraxmağa məcbur olub. 78 minlik azarkeş tutumu olan stadiona yalnız 3-4 min qadının girişinə izn verilib.
Bir müddət əvvəl İranda xanım azarkeş Səhər Xudayari özünə od vururaq intihar etmişdi. 29 yaşlı xanım azarkeş "İstiqlal"ın oyununa kişi paltarı geyinərək stadiona daxil olmaq istəyərkən nəzarətçilər onu yaxalamışdı. Məhkəmə proseslərində hüquqları tapdalanan qadın bezərək özünə od vurub, canına qəsd etmişdi.
1979-cu ildəki İslam İnqilabından sonra İranda qadınların stadiondan oyun izləməsi qadağandır. İranda idman zallarına qadınlar buraxılmır.
saytlarin hazirlanmasi