"Lion" türkiyəli futbolçunun transferini açıqladı

12:12 - 19 Avqust 2020

"Lion" Türkiyənin "Altay" klubunun mərkəz müdafiəçisi Cenk Özkaçarı transfer edib.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, "aslanlar" bu keçid üçün 1-ci liqada mübarizə aparan kluba 1,5 milyon avro təzminat ödəyib. Daha 1,5 milyon avro isə bonuslar şəklində ödəniləcək. 19 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

 

Cenk ötən mövsüm 16 oyun keçirib.

Xəbər xətti