Azərbaycan futbolunda kuryoz hadisə

20:05 - 21 Avqust 2020

Azərbaycan Premyer Liqasın 1-ci turunda keçirilən "Sumqayıt" - "Keşlə" oyununda kuryoz hadisə baş verib.

 

Sportal.az xəbər verir ki, qonaqların heyətində Tərlan Quliyev 79-cu dəqiqədə meydana daxil olub. Ancaq qarşılaşmanın baş hakimi Elçin Məsiyev matçın protokoluna əsasən müdafiəçini meydandan kənarlaşdırıb.

 

Çünki Tərlanın forma nömrəsi protokolda 3 nömrə qeyd edilib. Lakin Quliyev oyuna 33 nömrəli forma ilə girib. Ehtiyat oyunçular skamyasında isə 3 nömrəli forma tapılmayıb. Əlacı kəsilən "Keşlə" tərəfi 33 nömrədəki üçlərdən birini ağ "skoç" ilə görünməz edib.

Xəbər xətti