Bu gün "Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi III mərhələdə Norveçin "Molde" klubunu qəbul edəcək.
III təsnifat mərhələsinin qarşılaşmaları sentyabrın 15-16-da baş tutacaq. Cütün qalibləri bir oyundan sonra müəyyənləşəcək.
Qurban Qurbanovun kollektivi I təsnifat mərhələsində Şimali İrlandiyanın "Sileks" klubunu məğlub edib (2:0), II raundda isə Moldova "Şerif"indən üstün olub - 2:1.
saytlarin hazirlanmasi