İngiltərənin "Arsenal" klubu heyətini gücləndirib.
Sportal.az "The Guardian"a istinadla xəbər verir ki, London təmsilçisi "Real"ın futbolçusu Dani Sebalyosu icarəyə götürüb. İspaniya millisinin üzvü oyunçu bir mövsüm "topçular"da çıxış edəcək.
Dani ötən mövsüm də icarə əsasında "Arsenal"da oynayıb.
Madrid klubu 23 yaşlı yarımmüdafiəçini 2014-cü ildə "Real Betis"dən 18 milyon avroya transfer edib.
saytlarin hazirlanmasi