Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.
Sportal.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən tədbirdə "Neftçi" - "Qalatasaray" (Türkiyə) cütünün potensial rəqibi müəyyənləşib.
“Neftçi” İstanbul nəhəngini mübarizədən kənarlaşdıra bilsə, növbəti raundda “Renova” (Şimali Makedoniya)/“Hayduk” (Xorvatiya) cütünün qalibi ilə üz-üzə gələcək.
III təsnifat mərhələsinin oyunları sentyabrın 24-də təşkil olunacaq.
saytlarin hazirlanmasi