UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Molde" matçını afişadan çıxarıb.
Sportal.az xəbər verir ki, tərəflər oyunun keçirilmə vaxtı və məkanı ilə bağlı hələ də razılığa gələ bilmir. "Qarabağ" püşkə uyğun olaraq, qarşılaşmanın Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsini istəyir.
Norveç klubu isə matçın neytral meydanda keçirilməsini arzulayır. Avropa Birliyinə üzv olmayan Norveç Şengen dövlətlərinə sərbəst şəkildə səfərlər edə bilir. Norveçdən Avropa Birliyi və Şengen zonasına səyahətlər sonrası karantin tətbiq olunmur.
Azərbaycan AB üzvü deyil və Şengen zonasına da daxil olmadığı üçün Bakıya səfər edəcək "Molde" dönüşdə koronavirus səbəbindən 10 günlük karantinə girməyə məcburdur.
Norveç klubu bunu əsas gətirərək qarşılaşmanın AB ölkələrinin birində, Macarıstanda keçirilməsini tələb edir.
"Qarabağ" - "Molde" oyunu sentyabrın 15-i və ya 16-da Bakıda keçirilməlidir.
saytlarin hazirlanmasi