Millətlər Liqasının qrup mərhələsində sentyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Lüksemburq oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfransları və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazi sentyabrın 4-ü Olimpiya stadionunda jurnalistlərin suallarını cavablandıracaq.
4 sentyabr
Azərbaycan milli komandası
Saat 17:15. Mətbuat konfransı
Saat 17:45. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Lüksemburq milli komandası
Saat 18:00. Mətbuat konfransı
Saat 19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Hər iki mətbuat konfransı və məşq Bakı Olimpiya Stadionunda təşkil olunacaq.