"İnter" Kolarovun transferini tamamladı

23:23 - 2 Sentyabr 2020

İtaliyanın "İnter" klubu növbəti transferini həll edib.

 

Sportal.az "Sky Italia"ya istinadla xəbər verir ki, Milan təmsilçisi "Roma"nın müdafiəçisi Aleksandar Kolarovla anlaşıb. 34 yaşlı serbiyalı futbolçu "göy-qaralar"la 1+1 illik müqavilə imzalayıb. Onun illik maaşı 3,5 milyon avro olacaq.

 

"İnter" bu keçid üçün 1+0,5 milyon avro təzminat ödəyib.

 

"Roma" Kolarovu 2017-ci ildə "Mançester Siti"də 5 milyon avroya transfer etmişdi.

Xəbər xətti