Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, birinci divizion təmsilçisi “Qaradağ Lökbatan”la qarşılaşma 3:3 hesabı ilə başa çatıb.
U-21-in qollarını Veysəl Rzayev, Vüsal Əsgərov və Ədilxan Qarəhmədov vurub. Millimiz sonuncu yoxlama oyununu martın 29-da Premyer Liqa təmsilçisi “Qəbələ”yə qarşı keçirəcək.
saytlarin hazirlanmasi