"Zirə"nin futbolçuları sağaldı

16:16 - 8 Aprel 2021

"Zirə"nin futbolçuları Riçard Almeyda və Fakundo Melivilo Covid-19-dan sağalıblar.

 

 

Sportal.az xəbər verir ki, onların son testləri mənfi çıxıb. Hər iki futbolçu Premyer Liqanın 21-ci turunda "Səbail"lə oyunda (0:0) iştirak etməmişdi.

 

"Zirə" aprelin 11-i 22-ci turda "Keşlə"ni qəbul edəcək.

Xəbər xətti