"Lester Siti" türkiyəli futbolçu ilə bağlı qərar verdi

16:49 - 8 Aprel 2021

"Lester Siti" "Roma"dan icarəyə götürdüyü Cengiz Ündərlə bağlı qərar verib.

 

Sportal.az xəbər verir ki, "tülkülər" türkiyəli futbolçunun transfer hüququna yiyələnməyəcək. Premyer Liqa təmsilçisi 23 yaşlı yarımmüdafiəçinin qeyri-stabil çıxışına görə bu qərarı verib.

 

Bu səbəbdən Ündər yayda müqavilə ilə məxsus olduğu İtaliya klubuna dönəcək.

 

Cengiz bu mövsüm keçirdiyi 19 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib.

Xəbər xətti