“Keşlə”dən FIFA-ya şikayət: sanksiya gözlənilir

13:13 - 9 Aprel 2021

“Keşlə”dən hələ mövsümün startında ayrılan Aleşandre Kriştovao bakılılardan FIFA-ya rəsmi şikayət edib.

 

Sportal.az xəbər verir ki, anqolalı hücumçu bu barədə futbolinfo.az saytına özü məlumat verib. Həm də Niderland vətəndaşlığı olan hücumçu bildirib ki, klubla 2021-ci ilin mayına qədər müqaviləsi olsa da, Bakı təmsilçisi onu bitərəfli şəkildə komandadan göndərib. Bu səbəbdən klub futbolçuya maaş ödəməyi lazım bilməyib:

 

“Mənimlə yeni müqavilə imzalanandan bu tərəfə heç bir ödəniş olmayıb. Klub maaşımı vermir. Bu səbəbdən FİFA-ya şikayət etdim. Müqaviləmin sonuna qədər nəzərdə tutulan pulumu klubdan tələb edirəm. Ali futbol qurumunun bu barədə qərar verməsini gözləyirəm”.

 

Ötən ilin qışında “Keşlə”yə gələn 28 yaşlı futbolçu ilə yayda yeni anlaşma imzalanmışdı. Avrokuboklarda, ardınca mövsümün əvvəlində forma geyən Aleşandre sonradan çempionatdakı fasilədən yararlanaraq Niderlanda yollanmışdı. Klub onun icazəsiz getdiyini bildirərək müqaviləyə birtərəfli xitam vermişdi. Ovaxtkı baş məşqçi Yunis Hüseynovun qərarı ilə belə addım atan klub rəsmiləri məsələnin hüquqi tərəflərini vecə almamışdı (futbolinfo.az).

Xəbər xətti