Rəşad Sadıqov: "Bəzi məqamlarda dəqiqlik çatmadı" - VİDEO

19:27 - 11 Aprel 2021

Azərbaycan Premyer Liqasında XXII turun “Zirə” – “Keşlə” (0:0) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov matç barədə fikirlərini bildirdi.

 

Sportal.az xəbər verir ki, o, nəticəni şərh edib:

 

“Son turlarda çox yaxşı futbol göstərən komandaya qarşı oynayırdıq. Baxmayaraq ki, uzun müddətdi qələbə qazanmırlar, matçın gedişi də təhlükəli rəqib olduqlarını göstərdi. Oyun üstünlüyümüzlə keçdi. Bəzi məqamlarda dəqiqlik çatmadı, hücumları tamamlaya bilmədik. Hər halda, 1 xal qazandıq. Qarşıdakı oyunlara baxacağıq. Kubokun yarımfinalında da “Keşlə” ilə rəqibik. Bu matç göstərdi ki, kubokda bizi çətin, gərgin oyunlar gözləyir”.

 

Xəbər xətti