Son 5 mövsümün rekordu təkrarlandı

Azərbaycan Premyer Liqasının 22-ci turunun 4 oyunundan üçündə heç-heçə qeydə alınıb.

 

Sportal.az PFL-ə istinadən xəbər verir ki, yalnız “Qarabağ”la “Sumqayıt” arasındakı matçda (3:1) qalib müəyyənləşib. “Zirə” – “Keşlə” və “Səbail” – “Sabah” oyunlarında hesab açılmayıbsa, “Qəbələ” – “Neftçi” görüşündə 4 qol vurulub – 2:2. Dörd matçda üç heç-heçənin qeydə alınması 8 komandanın mübarizə apardığı son 5 mövsümün rekordunun təkrarıdır.

 

Bu müddətdə 9-cu dəfə belə hadisə yaşanır. Cari mövsümdə isə ikinci dəfə 3 heç-heçəyə təsadüf olunub. İlk belə hal 11-ci turda gerçəkləşmişdi.

Tarix: 12 Aprel [11:43]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 May 2021
15  May 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio