“Sabah” komandada icarə əsasında çıxış edən Tiemoko Fofananın transfer hüququna yiyələnib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbə verir ki, futbolçunun keçidi ilə bağlı Finlandiyanın “İlves” klubuyla razılığa gəlinib. 21 yaşlı hücumçunun özü ilə 3 illik müqavilə bağlanıb.
Fil Dişi Sahilindən olan futbolçu bu ilin yanvar ayında “İlves”dən icarəyə götürülmüşdü. Fofana cari mövsümdə Azərbaycan Premyer Liqasında 8 oyun keçirib, 1 qol vurub.
saytlarin hazirlanmasi