Eşli Yanq İngiltərəyə qayıda bilər

12:12 - 26 Aprel 2021

"İnter"in cinah futbolçusu Eşli Yanq karyerasını yenidən İngiltərədə davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, Premyer Liqaya vəsiqəni təmin edən "Uotford" klubu 35 yaşlı futbolçu ilə maraqlanır. Mövsümün sonunda Milan təmsilçisi ilə müqaviləsi başa çatacaq təcrübəli futbolçu yetirməsi olduğu kluba qayıtmaq fikrindədir.

 

İngiltərə millisinin keçmiş üzvü bu mövsüm keçirdiyi 31 oyunda 3 məhsuldar ötürmə edib. "Uotford"un yetirməsi İngiltərədə "Aston Villa" və "Mançester Yunayted"də çıxış edib.

Xəbər xətti