Vüqar Həsənlinin idarəçiliyi araşdırılacaq - AFFA-dan açıqlama

14:55 - 26 Aprel 2021

AFFA "Sabah" - "Neftçi" oyununun hakimlərinin idarəçiliyi ilə bağlı araşdırma aparacaq.

 

Sportal.az xəbər verir ki, bu barədə qurumun sosial şəbəkə hesabı məlumat yayıb. Bildirilir ki, Azərbaycan Premyer Liqasının XXIV turu çərçivəsində aprelin 25-də keçirilmiş “Sabah” – “Neftçi” oyununun hakim-inspektoru tərəfindən təqdim olunacaq hesabata əsasən (hər oyundan sonra həyata keçirilən prosedura uyğun olaraq) qarşılaşmanın hakimlər briqadasının idarəçiliyi ilə əlaqədar AFFA-nın Hakimlər Komitəsi tərəfindən müvafiq araşdırma aparılacaq.

 

Sözügedən qarşılaşmanı Vüqar Həsənlinin başçılıq etdiri hakimlər briqadası idarə edib. Hakimlərin qərarları ciddi müzakirələrə səbəb olub.

Xəbər xətti