Polşanın "Visla" klubu Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Mahir Emrelinin xidmətində maraqlıdı.
Sportal.az xəbər verir ki, bu barədə "Meczyki" nəşri məlumat yayıb. Bildirilib ki, Krakov təmsilçisi Emrelini azad agent kimi heyətinə qatmaq istədiyi bildirilib.
Nəşrin məlumatında Mahirə İtaliya, Belçika, Xorvatiya, Macarıstan klublarından da təkliflərin olduğu qeyd olunub. İddia edilib ki, karyerasını Avropada davam etdirmək istəyən hücumçu "Qarabağ"la müqavilə yeniləmək istəmir.
Bundan əvvəl Polşanın "Zaqlembe" və "Rakuv" klubları forvardla maraqlanıb.
saytlarin hazirlanmasi