“Zirə”nin futbolçusu Elvin Camalov Premyer Liqada 150-ci oyununu keçirib.
Sportal.az xəbər verir ki, yarımmüdafiəçinin yubileyi 24-cü turda gerçəkləşib. O, “Sumqayıt”la ev görüşünə (0:0) sonradan çıxıb.
Elvin Premyer Liqada iki klubun formasını geyinib. 2013/14 mövsümündə “Qəbələ”nin heyətində debüt edən futbolçu, 2019/20 mövsümündən “Zirə”nin uğurları üçün çalışır.
saytlarin hazirlanmasi