“Qarabağ” məşhur avtomobil brendi ilə əməkdaşlığa başlayıb - FOTOLAR

Azərbaycanda ilkə imza atan FAW markası əməkdaşlıq müqaviləsinə əsasən “Qarabağ” FK-nın tərəfdaşı olacaq.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, 2 ay öncə “Qarabağ” FK ilə FAW Azərbaycan arasında bağlanmış  protokol bu gün qüvvəyə minib.

 

“Qarabağ” FK-nın direktoru Emrah Çelikel bu əməkdaşlıqdan məmnun olduqlarını deyib. O, FAW brendi ilə daha uzun müddətli işləmək və yeniliklərə imza atmağın klub üçün də xoş olacağını söyləyib.

 

“Qarabağ” FK-nın baş məşqçisi Qurban Qurbanov FAW avtomobillərini çox bəyəndiyini bildirib. Təcrübəli çalışdırıcı uzun müddətli əməkdaşlığa inandığını da dilə gətirb.

 

FAW avtomobillərinin rəsmi distribütoru “Cahan Motors”şirkətidir. Avtomobil şirkətinin direktoru Adil Axundovun dediyinə əsasən, əməkdaşlıq uzun müddətli olacaq və yeniliklərə imza atacaqlar. O, “Qarabağ” FK-ya hər mövsüm Çempionlar Liqasında oynamağı arzulayıb.

 

Qeyd edək ki, avto-salonda FAW-ın “Bestune” və “HongQi” modelləri də mövcuddur. Avtomobillərə 5 il və ya 150 000 km-ə qədər zəmanət verilir. FAW brendi ən qısa zamanda müştərilərin rəğbətini qazanıb. FAW avtomobil sevənləri yeni modelləri ilə sevindirməyə davam edəcək.

 

May be an image of one or more people, people standing, car and outdoorsMay be an image of one or more people, people standing and outdoorsMay be an image of one or more people and people standingMay be an image of one or more people, people standing, people sitting and indoorMay be an image of one or more people, people standing, people sitting and indoorMay be an image of one or more people, people standing and indoorMay be an image of 1 person and standingMay be an image of 2 people, people standing, suit and outdoorsMay be an image of one or more people and people standingMay be an image of 2 people, people standing and suit

Tarix: 27 Aprel [12:38]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio