AFFA "Zirə"ni cərimələdi

15:35 - 27 Aprel 2021

AFFA “Zirə”ni cərimələyib.

 

Sportal.az xəbər verir ki, “qartallar” Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Keşlə” ilə ilk matçına (1:2) gec gəldiyi və Premyer Liqanın XXIV turunun “Sumqayıt”la matçı (0:0) zamanı 5 futbolçusu sarı vərəqə aldığı üçün cəzalanıb.

 

AFFA “Zirə”ni ümumilikdə 1600 manat cərimələyib. Kubok matçına gec gəlmək “Zirə”yə 800 manata başa gəlib.

Xəbər xətti