"Sabah"ın hücumçusu Ramil Şeydayev Premyer Liqanın 24-cü turunda "Neftçi" ilə oyundan (2:2) sonra rəqib komandanın futbolçusu Mamadu Mbocun narazılığına cavab verib.
Sportal.az xəbər verir ki, Şeydayev "İnstaqram"da seneqallı futbolçunu hekayə bölümünə işarələyib və “Sabah”ın qapısına təyin olunan iki penaltidən birincisi barədə soruşub. "Hakim bunun üçün penalti təyin etdi" yazan forvard qayda pozuntusunun cərimə meydançası xaricində baş verdiyini göstərib.
Mboc daha əvvəl komanda yoldaşı Keysuke Hondanın 66-cı dəqiqədə vurduğu qolun qeydə alınmamasına reaksiya verərək yazıb: “Referi buna görə ofsayd qeydə aldı. Təşəkkürlər”
saytlarin hazirlanmasi