"Qarşıda bizi vacib görüş gözləyir. Rəqib son çempionat matçında qələbə qazanıb, çox potensiallı, yaxşı heyətləri, kubok qazanmaqda təcrübəli baş məşqçisi var".
Sportal.az xəbər verir ki, bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Keşlə"yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçı barədə danışarkən deyib.
39 yaşlı mütəxəssis bildirib ki, ilk görüşdə 2:1 hesabı ilə qalib gəlmələrinə baxmayaraq rəqib sonadək mübarizə aparacaq: "Premyer Liqa matçından 3 gün sonra yenidən oyuna çıxmalıyıq. Hazırda bütün fikrimiz kubok görüşündədir. Həm avrokuboklara vəsiqə, həm də komandanın tarixi baxımından önəmli oyun olacaq. Çempionatı kənara qoyub, kubok matçını düşünməyə məcburuq".
Aprelin 29-da keçiriləcək "Zirə" - "Keşlə" matçı saat 20:00-da başlayacaq. (Report.az)
saytlarin hazirlanmasi