Lüksemburq - Azərbaycan oyununun məkanı

12:12 - 29 Aprel 2021

Millimizin DÇ-2022-nin seçmə mərhələsində Lüksemburq yığması ilə oyununun məkanı bəlli olub. 
 
Sportal.az xəbər verir ki, görüş "Stade de Luxembourg" arenasında baş tutacaq. 
 
İnşasına 76 milyon avrodan çox vəsait xərclənən stadionun azarkeş tutumu 9385-dir.

 

Sentyabrın 1-də keçiriləcək Lüksemburq - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Xəbər xətti