“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının yarımfinal mərhələsində PSJ-yə qalib gəldikləri oyundan (2:1) sonra fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssis qələbəni şərh edib:
“Kilian Mbappe, Neymar və Anxel Di Mariyaya qarşı oynamaq asan deyil. İkinci hissə daha çox qol vura bilərdik. Komandamın çıxışından razıyam, ancaq hələ yolun yarısındayıq. Açıq futbol oynasaydıq, Neymar və Mbappe bizi öldürərdi. Onların “Bavariya”ya qarşı nələr etdiklərini gördük və buna görə oyunun tempini aşağı saxladıq. PSJ mövqe oyunu baxımından bizdən qat-qat güclüdür. Futbolçularım matçdan sonra qələbəni qeyd etmədilər və sakit qaldılar. Çünki iki oyunluq mərhələdir və hər şey ola bilər”.
Komandaların cavab matçı mayın 4-də keçiriləcək.
saytlarin hazirlanmasi