"Mançester Yunayted" Kavaniyə müqavilə təklif etdi

12:39 - 1 May 2021

"Mançester Yunayted" hücumçusu Edinson Kavaniyə yeni müqavilə təklif edib.

 

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar" uruqvaylı hücumçunun mövsümün sonunda başa çatacaq müqaviləsini uzatmağa qərar verib. Kavani təklifi qəbul etsə, daha bir mövsüm Mançester təmsilçisində çıxış edəcək.

 

34 yaşlı hücumçu bu mövsüm keçirdiyi 33 oyunda 12 qol vurub, 5 məhsuldar ötürmə edib.

Xəbər xətti