Mahir Emreli "Legiya" yolunda

Polşanın "Legiya" klubu "Qarabağ"ın futbolçusu Mahir Emrelini transfer etmək üçün hərəkətə keçib.

 

Sportal.az Polşa mətbuatına istinadla xəbər verir ki, 23 yaşlı hücumçu Varşava təmsilçisində oynamağa hazırdır. Xəbərdə Emreliyə Türkiyə, Rusiya, Macarıstan və Portuqaliya klublarından da maraq olduğu qeyd edilib.

 

Məlumata görə, futbolçu "Legiya"nın şərtləri ilə tanış olub və paytaxt klubuna keçməyə hazırdır.

 

"Legiya" Polşa Ekstraklasasında 27 oyundan sonra 59 xalla 1-ci pillədə qərarlaşıb.

 

Mahirin "Qarabağ"la müqaviləsi mövsümün sonunda başa çatacaq. O, bu mövsüm keçirdiyi 28 oyunda 22 qol vurub, 4 məhsuldar ötürmə edib.

Tarix: 1 May [12:51]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 May 2021
15  May 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio