Nuriyev mövsümü erkən bitirdi

15:15 - 1 May 2021

Azərbaycan millisinin və Ukraynanın "Minay" klubunun hücumçusu Anatoli Nuriyev zədələnib.

 

Sportal.az xəbər verir ki, bu barədə 25 yaşlı futbolçu yerli mətbuata açıqlamasında məlumat verib. O, zədəsinin ciddi olduğunu və cari mövsümün sonuna qədər meydana çıxa bilməyəcəyini bildirib.

 

Ukrayna Premyer Liqasında mövsümün başa çatmasına 3 tur qalıb. Nuriyev bu mövsüm meydana çıxdığı 22 oyuna 10 qol vurub. "Minay" 23 oyundan sonra 18 xal toplayıb və 14 komanda arasında sonuncudur.

Xəbər xətti