Araz Abdullayev oynadı, "Boluspor" heç-heçə etdi

12:46 - 2 May 2021

Türkiyə 1-ci liqasında 33-cü turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Araz Abdullayevin formasını geyindiyi “Boluspor” səfərdə “İstanbulspor”la qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

 

Araz start heyətdə meydana çıxıb və 89-cu dəqiqədə əvəzlənib.

 

“Boluspor” 39 xalla 18 komanda arasında 12-ci pillədə qərarlaşıb.

Xəbər xətti