10 futbolçu, 1 baş məşqçi və 1 məşqçi cəzalı durumda

14:02 - 3 May 2021

Premyer Liqanın 25-ci turunu cəza səbəbindən 10 futbolçu, 1 baş məşqçi və 1 məşqçi buraxmalı olacaq.

 

Sportal.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi Samir Abasov və futbolçusu Sabir Buqrin cəzalı olduğu üçün bu gün "Keşlə"yə qarşı səfər oyununu buraxacaqlar. Meydan sahiblərindən isə Sezar Meza Kolli sarı vərəqə limitini doldurub və bu görüşü buraxacaq.

 

Günün digər matçında isə "Qəbələ" meydana itki ilə çıxacaq. Komandanın müdafiəçisi Rüfət Əhmədov sarı vərəqə limitini doldurduğu üçün "Səbail"ə qarşı oynamayacaq.

 

"Qarabağ"ın sabah "Zirə"yə qarşı keçirəcəyi matçda isə İsmayıl İbrahimli eyni səbəbdən meydana çıxmayacaq.

 

Ən çox itki isə "Sabah"dadır. ilə Komandanın heyətində Təmkin Xəlilzadə, Filip İvanoviç, Bəhlul Mustafazadə son oyunda qırmızı vərəqə aldıqları üçün, Ramil Şeydayev və Coşqun Diniyev isə sarı vərəqə limitini doldurduqlarına görə "Sumqayıt"a qarşı oynamayacaqlar. Bundan əlavə, paytaxt təmsilçisinin məşqçisi Miloş Yevtiç də "Neftçi" ilə qarşılaşmada qırmızı vərəqə aldığı üçün kənarda qalmalı olacaq.

 

"Sumqayıt"da isə Tellur Mütəllimov sarı vərəqə cazalısıdır.

Xəbər xətti