“Qarabağ” Lənkəranda 10 futbolçu seçdi

15:15 - 3 May 2021

“Qarabağ” Futbol Məktəbi Lənkəranda iki fərqli yaş qrupundan ibarət uşaq futbolçulara baxış keçirib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, seçimdə 70-ə yaxın futbolçu iştirak edib. Onlar arasından 10 futbolçu müvafiq yaş qruplarınının məşqlərində iştirak etmək üçün Bakıya dəvət edilib.

 

Bu ay “Qarabağ” Futbol Məktəbinin Bakıda genişmiqyaslı seçimləri planlaşdırılır.

Xəbər xətti