Azərbaycan Premyer Liqasında XXV tuurn "Qarabağ" - "Zirə" (1:1) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, mövsümün sonuna qədər suallara cavab verməyəcəyini söyləyən gənc mütəxəssis matçı belə dəyərləndirib:
"Uşaqları bağrıma basıram. Bəzi futbolçular ayaq üstə güclə dururdu. Bu da məlum idi. Kubokda ağır oyun keçirmişdik. “Qarabağ” üstün idi. Amma biz çempionluğa oynayan komandadan 1 xal aldıq. Futbolçulara minnətdaram. Son 3 oyunda çox xal qazanmağa çalışacağıq".
saytlarin hazirlanmasi