"Tottenhem"dən ayrılan Joze Mourinyo "Roma"nın baş məşqçisi olacaq.
Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssisin illik maaşı 5 milyon funt-sterlinq olacaq. 56 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Onun "Tottenhem"dəki illik maaşı isə 15 milyon funt-sterlinq idi. London təmsilçisi Mourinyoya növbəti mövsüm 10 milyon funt-sterlinq məvacib ödəyəcək. Təzminat maddəsinə əsasən, Mourinyo "Tottenhem"dən sonra çalışacağı yerdə daha az maaşa işləyərsə, London təmsilçisi məvacib fərqini ödəməli olacaq.
Bu səbəbdən Mourinyonun 5 milyon funt-sterlinq maşıını "Roma", 10 milyonunu isə "Tottenhem" ödəyəcək.
saytlarin hazirlanmasi