“Zirə” - “Keşlə” oyununda baş verənlərlə bağlı sərt qərarlar

16:42 - 5 May 2021

AFFA İntizam Komitəsinin iclası keçirilir.

 

Sportal.az xəbər verir ki, iclasda Azərbaycan kubokunnu yarımfinal mərhələsində baş verən hadisələrlə bağlı aşağıdakı qərarlar verilib:

 

Azərbaycan Kubokunun 1/2 final mərhələsinin “Zirə”  – “Keşlə” oyununda “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;

 

“Zirə” klubunun 12 nömrəli futbolçusu Lazar Corceviç “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, 3200 manat cərimə olunur;

 

“Zirə” klubunun 2 nömrəli futbolçusu Sərtan Taşkın ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur;

 

“Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqov texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldıqdan sonra yenidən meydançaya daxil olmasına görə  2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur;

 

“Zirə” klubunun məşqçisi Eltun Yaqublu texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldıqdan sonra yenidən meydana daxil olmasına, hakimi təhqir etməsinə və hədə-qorxu gəlməsinə görə 10 oyun cəzalanır, klub 8000 manat cərimə olunur;

 

“Zirə”  – “Keşlə” oyununda stadiona qanunsuz daxil olanlara görə meydan sahibi klub 800 manat cərimə olunur;

 

“Zirə”  – “Keşlə” oyunundan sonra köməkçi hakimə (Pərvin Talıbova) qarşı naməlum şəxslər tərəfindən fiziki təsir göstərildiyi üçün meydan sahibi klub 4000 manat cərimə olunur;

 

“Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

Xəbər xətti