"Mançester Yunayted" - "Liverpul" matçının vaxtı açıqlandı

13:47 - 6 May 2021

İngiltərə Premyer Liqasının 34-cü turundan təxirə salınan "Mançester Yunayted" - "Liverpul" matçının vaxtı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, qarşılaşma mayın 13-ü Bakı vaxtı ilə 23:15-də keçiriləcək.

 

Mayın 2-də keçirilməli olan matç "qırmızı şeytanlar"ın azarkeşlərinin kluba etiraz əlaməti olaraq stadiona daxil olması səbəbindən təxirə salınmışdı.

Xəbər xətti