Azərbaycan U-21 millisi mayın sonunda Ukraynada təşkil ediləcək Valeri Lobanovski xatirə turnirində iştirak edəcək.
Sportal.az xəbər verir ki, turnirə 4 komanda qatılacaq. Azərbaycan yığması ilə yanaşı Ukrayna, Özbəkistan və Tunisin U-21 milliləri qüvvəsini sınayacaq.
Millan Obradoviçin rəhbərlik etdiyi komanda ilk oyununu mayın 26-da ev sahibi Ukraynaya qarşı keçirəcək. Bu matçın qalibi 2 gün sonra digər cütün güclüsü ilə final matçına çıxacaqsa, məğlub tərəf 3-cülük matçı oynayacaq.
Sözügedən turnir ötən il koronavirus pandemiyası səbəbindən baş tutmamışdı.
saytlarin hazirlanmasi