I Divizionda çempion müəyyənləşdi

19:00 - 6 May 2021

Bu gün I Divizionda 25-ci tura start verilib.

 

Sportal.az xəbər verir ki, ilk oyun günündə üç görüş baş tutub. Turun açılış matçında “Qarabağ”ın əvəzediciləri “Keşlə”nin ikinci komandası üzərində inamlı qələbəyə sevinib.

 

“Sabah”ın əvəzediciləri isə üçüncü pillədə qərarlaşmış “Turan Tovuz”u qəbul edib. Altı qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

 

Lider “Neftçi”nin ikinci komandası isə “Kəpəz”lə qarşılaşıb. “Ağ-qaralar” doğma meydanda qalib gəlməklə vaxtından əvvəl çempion olublar. Çempionla yanaşı, “Zaqatala” və “Turan Tovuz”un da mövsümü medalla başa vuracağı dəqiqləşib. Onların meyar əyarı isə son iki turda bəlli olacaq.

 

Birinci Divizion
25-ci tur
6 may

"Qarabağ-2" – "Keşlə-2" - 3:1
Qollar:
Seyxan Fərəcov, 10; 22, Musa Musazadə, 45+1 – Xəzər Mahmudov, 90+1
 

"Sabah-2" – "Turan Tovuz" - 3:3
Qollar:
Təbriz İsazadə, 42. Abdulla Xaybulayev, 44. Camal Cəfərov, 74 – Vidadi Cəfərov, 25; 84-pen; 90+2.
 

"Neftçi-2" – "Kəpəz" - 1:0
Qol
: İsmayıl Zülfüqarlı, 65.

Xəbər xətti