Azərbaycanlı futbolçuların komandası Premyer Liqanı tərk etdi

10:31 - 7 May 2021

Ukrayna Premyer Liqasında 25-ci turun oyunları keçirilib.
 
Sportal.az
xəbər verir ki, Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin çıxış etdiyi “Minay” evdə Donetsk “Şaxtyor”u ilə qarşılaşıb və 0:4 hesabı ilə uduzub.
 
Zədə səbəbindən mövsümü erkən başa vuran Nuriyev bu görüşdə oynamayıb. Rüstəm isə 59-cu dəqiqədə meydana daxil olub.
 
“Minay”ın bu məğlubiyyətdən sonra Premyer Liqanı tərk edəcəyi dəqiqləşib.

Xəbər xətti