Burak Yılmaz bu mövsüm Fransanın "Lill" klubunda nümayiş etdirdiyi oyunla diqqətləri özünə çəkib.
Sportal.az xəbər verir ki, Liqa 1-i 36-cı turunda "Lans"la səfər matçında (3:0) dubl edən türkiyəli hücumçu ilə bağlı şəhər bəlidyyəsi maraqlı paylaşım edib.
Lill şəhərinin bələdiyyəsi 35 yaşlı hücumçu ilə bağlı bunu paylaşıb: "Belə davam edərsə, Buraka heykəl ucaldacağıq".
Burak bu mövsüm Liqa 1-də keçirdiyi 26 oyunda 15 qol vurub.
saytlarin hazirlanmasi