Elmar Baxşıyev: "Hər iki komanda qələbəyə layiq idi"

00:09 - 10 May 2021

Premyer Liqasının XXVI turunun “Zirə” – “Qəbələ” oyunundan (0:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

 

Sportal.az xəbər verir ki,  41 yaşlı mütəxəssisin oyunu şərh edib:

 

“Futbolçular qarşısına qoyulan tapşırığı meydanda yerinə yetirdi. Avrokuboklara düşmək şansımız itsə də, komanda bunun öhdəsindən maksimum gəlməyə çalışdı. Hücumda oynamağı fikirləşirdik və çoxsaylı epizodlar yaratdıq, amma dəyərləndirə çətinlik çəkdik. Bunu da şansla əlaqələndirirəm. Komandanın göstərdiyi futboldan məmnunam. Bu heyəti mən formalaşdırmışam, oynadığı üslubu komandaya aşılamışıq. Bunu meydanda görmək xoşdur.

 

Nəticə baxımından isə hər iki komanda qələbəyə layiq idi. “Zirə” də yaxşı, dinamik futbol oynadı. Cari mövsümdə iki oyunumuz qalıb. Həmin matçlara konsentrasiya olub, çempionatı layiqli başa vurmağı planlaşdırırıq. Bu gün 7-8 epizod oldu ki, dəyərləndirə bilərdik. Son nöqtəni qoymaqda çətinlik çəkirik. Amma iradım yoxdur. Əsas komandanın göstərdiyi oyundur. Tələb etdiyimiz futbolu görmək xoşdur. Hakim üç dəqiqə əlavə etdikdə daha çox artırılmasının mümkünlüyü barədə soruşdum. Elə epizodlar var ki, başqa komandalar üçün penalti ilə dəyərləndirilir. Bizim lehimizə isə belə qərar verilmir. Ümidimizi itirmirik, ola bilər ki, biz də penalti vuraq”.

Xəbər xətti